
İyunun 12-də keçirilən "Son zəng" tədbirlərindən birində elm və təhsil naziri Emin Əmrullayev məzunlarla bir araya gəlib.
BAKU.WS xəbər verir ki, nazir məktəblilərin formalarına xoş arzularını və ürək sözlərini yazaraq onların sevincinə şərik olub.
Səmimi anların yaşandığı tədbirdə Emin Əmrullayev məzunlarla birlikdə rəqs edib, xatirə fotoları çəkdirib.
Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.