
"Litva təhlükəsizlik sahəsində yaranmış şəraiti nəzərə alaraq silahlı qüvvələrdə ümumi hərbi xidmətə keçməlidir".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın Prezidenti Qitanas Nauseda yanvarın 12-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud şəraitdə ehtiyat qüvvələrinin artırılması çox vacibdir.
Bildirilib ki, dövlət başçısı yanvarın əvvəlində müdafiə naziri Arvydas Anusauskasın açıqladığı hərbi xidmət sistemində islahatlar planını belə şərh edib.
Müdafiə naziri deyib ki, Litva hərbi xidmətə illik hərbi çağırışı 3 800 nəfərdən 5 min nəfərə çatdırmaq, habelə xidmət müddətini 9 aydan altı aya endirmək niyyətindədir. İslahatın 2024-cü ildən 2027-ci ilədək keçirilməsi nəzərdə tutulur. Bu qərarın icrası üçün ölkə parlamenti onu müzakirə edib təsdiqləməlidir.
Məlumata görə, Litva 2015-ci ildə geosiyasi vəziyyətin gərginləşməsini nəzərə alaraq 2008-ci ildə ləğv olunmuş ümumi hərbi xidməti bərpa edib.
Son zamanlar Litvada ildə 3 800 nəfər hərbi xidmətə çağırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.