29-06-2026, 22:48 206

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.

Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir - Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Layihənin birinci komponenti - "Bərk məişət tullantılarının kompleks idarə edilməsi" Bakı və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsini, malların və xidmətlərin alınmasını nəzərdə tutur. Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsi, tullantıların yüklənməsi stansiyalarının təşkili, həmçinin resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılması daxildir. Bu komponent həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.

"Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası" adlanan İkinci komponent ən genişmiqyaslı komponent hesab olunur və təbii su hövzələrinin və neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış üç təbii gölün - Zığ, Xocəsən və Böyük Şor gölünün qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan başqa, komponent Böyük Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərin yaşıl zonaların sahəsinin genişləndirilməsi, həmçinin şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.

Üçüncü komponent olan "İnstitusional gücləndirmə" dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılması, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini; torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini; bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə köməklik göstərilməsini əhatə edir.

"Layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə" adlı dördüncü komponent layihənin İcra Qrupunun əməliyyat xərclərinin, o cümlədən satınalma fəaliyyəti, maliyyə idarəçiliyi, ekoloji və sosial standartlara riayət olunması, monitorinq və qiymətləndirmə, eləcə də layihə çərçivəsində kommunikasiya işlərinin maliyyələşdirilməsini təmin edəcək. Bundan əlavə, bu komponent baza məlumatlarının toplanması və əldə olunan nəticələr üzrə hesabatlılıq mexanizmləri də daxil olmaqla, layihənin monitorinq və qiymətləndirmə sisteminin formalaşdırılmasını dəstəkləyəcək.

Dünya Bankı layihəyə olan ehtiyacın uzun illər ərzində davam edən neft hasilatı və sənaye fəaliyyəti nəticəsində torpaqların və su obyektlərinin çirklənməsi ilə bağlı olduğunu açıqlayıb.

"Vəziyyət tullantıların idarə edilməsi sistemindəki çatışmazlıqlar və şəhərin təbii risklərə – seysmik, sel və temperatur risklərinə məruz qalması ilə daha da mürəkkəbləşir. Konseptual işlənmə mərhələsində layihənin ekoloji və sosial riskləri yüksək olaraq qiymətləndirilib", - layihənin təsvirində bildirilib.

Layihənin icrasını İqtisadiyyat Nazirliyi yanında profil nazirliklərin və kommunal təşkilatların cəlb edilməsi ilə hibrid İcra Qrupu təmin edəcək.

Dünya Bankı bildirirki, Azərbaycan qlobal miqyasda orta gəlir səviyyəsindən yuxarı olan dövlətlər sırasına daxildir. "Ölkənin iqtisadi sistemi tarixən karbohidrogen sənayesindən əldə olunan gəlirlərə söykənib və bu vəziyyət infrastruktur sahəsinə, həmçinin insan kapitalına böyük həcmdə dövlət investisiyalarının yönəldilməsinə şərait yaradıb. Lakin Azərbaycan neft gəlirlərindən asılılığı minimuma endirmək məqsədilə iqtisadiyyatın diversifikasiyası tələbi ilə qarşı-qarşıyadır və hökumət məhsuldarlığın yüksəldilməsinə, xarici investisiyaların cəlbinə, eləcə də dövlət xidmətlərinin və şəhər infrastrukturunun keyfiyyətinin artırılmasına istiqamətlənmiş struktur islahatlarını reallaşdırır. Son iki onillik ərzində Bakı sürətli urbanizasiya prosesini yaşasa da, bu inkişaf qeyri-bərabər xarakter daşıyıb.

İqlim dəyişikliyi mövcud problemləri daha da dərinləşdirir: havanın istiləşməsi "şəhər istilik adası" təsirini və bütün aqlomerasiyaya düşən ekometeoroloji təzyiqi artırır. Bu kompleks urbanizasiya problemlərinin həlli Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişaf istiqamətindəki daha geniş hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir", - Dünya Bankının mütəxəssisləri qeyd ediblər.

Ekspertlərin fikrincə, Bakı şəhərinin ekosisteminin effektiv idarə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, SOCAR və "Təmiz Şəhər" ASC kimi müxtəlif qurumların koordinasiyalı işini zəruri edir.

"Şəhər təsərrüfatının inteqrasiya olunmuş idarəçiliyi üçün institusional imkanlar, koordinasiya mexanizmləri və etibarlı məlumat sistemləri hələlik formalaşma mərhələsindədir. Azərbaycan hökumətinin hazırladığı Bakının 2040-cı ilə kimi dövrü əhatə edən Baş planı paytaxtın uzunmüddətli inkişafı üçün vahid strateji çərçivəni müəyyənləşdirir və Bakını rahat, rəqabətqabiliyyətli və dayanıqlı aqlomerasiyaya çevirmək məqsədilə 55 milyard ABŞ dolları həcmində investisiya proqramını əhatə edir. 500 milyon ABŞ dolları dəyərində olan "Yaşana bilən Bakı" layihəsi birbaşa "Baş plan-2040"ın ekoloji və dözümlülük komponentlərinin icrasına dəstək verir", - Dünya Bankı qeyd edib.

Paylaş

Xəbər lenti

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR