
Bakıda yaşayış binasının ərazisində ilan peyda olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə paytaxtın Xətai rayonunda yerləşən Gəncə prospekti 59 ünvanında qeydə alınıb.
Görüntülərdən məlum olur ki, ilan yaşayış binasının blokuna daxil olaraq pilləkənlə sürünüb.
Sakinlər bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Mənzil İstismar İdarəsinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.