
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.