
Ukrayna Müdafiə naziri Mixaylo Fedorov bildirib ki, ölkənin Müdafiə Qüvvələri iyun ayı ərzində Rusiya tərəfinə məxsus 200 mindən çox hərbi hədəfə zərbə endirib.
BAKU.WS xəbər verir ki, nazirin sözlərinə görə, son ay ərzində xüsusilə Krım istiqamətində həyata keçirilən hücumların intensivliyi artıb.
O qeyd edib ki, cəbhə xəttindən 50 kilometrdən daha uzaqda yerləşən hədəflərə endirilən zərbələrin sayı əvvəlki dövrlə müqayisədə demək olar ki, iki dəfə çoxalıb.
Fedorov vurğulayıb ki, əməliyyatların əsas məqsədi Rusiya ordusunun logistikasını zəiflətməkdir. Bu çərçivədə silah-sursat anbarları, nəqliyyat vasitələri və təchizat marşrutları hədəfə alınır. Ukrayna tərəfi hesab edir ki, bu cür zərbələr Rusiya qüvvələrinin ön xəttdəki bölmələrini təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.