
Çində məhkəmə Nankindən olan sabiq yüksəkvəzifəli yerli məmur Yan Yulini 324 milyon dollarlıq korrupsiya işi, eləcə də çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə ölüm cəzasına məhkum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çançjou Aralıq Xalq Məhkəməsindən bildirilib.
Bəyanatda qeyd olunub ki, sabiq məmur 1993-cü ildən 2023-cü ilə qədər müxtəlif dövlət vəzifələrində çalışarkən qanunsuz olaraq ümumi məbləği 2,2 milyard yuandan (324 milyon dollar) çox olan pul vəsaiti və əmlak əldə edib.
"Yan Yulin öz günahını etiraf edib", - məhkəmənin bəyanatında vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.