9-07-2026, 12:48 142

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qurum arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

Bildirilib ki, cari ilin iyun ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Paylaş

Xəbər lenti

Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Bu gün, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Bu gün, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Bu gün, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Bu gün, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Bu gün, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Bu gün, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Bu gün, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Bu gün, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Bu gün, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Bu gün, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Bu gün, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Bu gün, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Bu gün, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Bu gün, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Bu gün, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Bu gün, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Bu gün, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Bu gün, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Bu gün, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Bu gün, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Bu gün, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Bu gün, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Bu gün, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Bu gün, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Bu gün, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Bu gün, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Bu gün, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Bu gün, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Bu gün, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Bu gün, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Bu gün, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Bu gün, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Bu gün, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Bu gün, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Bu gün, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Bu gün, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Bu gün, 16:48 Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb Bu gün, 16:48 Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib Bu gün, 16:48 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb Bu gün, 16:48 Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün keçiriləcəyini gözləyir Bu gün, 16:48 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR