
Nepalda avqustun 26-da baş verən güclü sel nəticəsində ölənlərin sayı 1367-yə yüksəlib, 5 132 nəfər isə itkin düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Məlumata görə, sel Rasuva bölgəsində başlayıb və bir sıra ərazilərə yayılıb.
Ən çox ölüm Çitvanda (363), Şərqi Nəvalparasidə (226) və Qərbi Nəvalparasidə (222) qeydə alınıb. İtkin düşənlər arasında 587 xarici turistin olduğu bildirilir.
Fəlakət nəticəsində 7 151 nəfər xəstəxanalara yerləşdirilib, 13 646 nəfər isə xilas edilib. Axtarış-xilasetmə işlərinə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.