
Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimində deyib.
Onun sözlərinə görə, Xalq artisti əsl teatr fədaisi olub: "O, Akademik Rus Dram Teatrının beynəlxalq imicinin fprmalaşdırıması üçün əvəzsiz xidmətlər göstərib".
Nazir qeyd edib ki, Aleksandr Şarovski həm mədəni, həm də ictimai fəaliyyəti fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.
A.Kərimli Xalq artistinin Azərbaycanda multikultural ənənələrin inkişaf etdirilməsində xidmətlərinin olduğunu da vurğulayıb: "Şübhəsiz, xalqımız onun fəaıiyyətini heç vaxt unutmayacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.