Bu gün, 15:48 90

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib

Bu gün Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (AQEM – CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda beynəlxalq konfransı baş tutub.

BAKU.WS "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə baş tutan konfrans Asiyanın müxtəlif ölkələrindən liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələrini bir araya gətirərək regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı, limanlar arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platforma yaradıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional nəqliyyat və logistika rolunu gücləndirir, Bakı Limanının ADY-yə inteqrasiyası, eləcə də dayanıqlı infrastruktur layihələri yükdaşımaların səmərəliliyini və tranzit imkanlarını artırır: "Bu yanaşma dəmir yolu və dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini yüksəldir – əlaqələndirmə proseslərinin müddətini qısaldır, koordinasiyanı gücləndirir və yüklərin daha sürətli hərəkətini təmin edir. Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq.

Sədr əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalması və qlobal ticarət marşrutlarındakı çağırışlar regional əməkdaşlığın əhəmiyyətini artırır və CICA liman rəhbərləri konfransı bu çağırışlarla bağlı birgə həllərin formalaşdırılması üçün mühüm platformadır.

Tədbirdə çıxış edən CICA-nın katibi Kayrat Sarıbay isə Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılmasında limanların rolunun əhəmiyyətini qeyd edib və bu cür tədbirlərin təşkilinin əməkdaşlığın dərinləşdirilməsi baxımından vacibliyini vurğulayıb.

Konfrans "Regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqlar" və "Limanların və multimodal bağlantının əhəmiyyəti" adlı iki ayrı sessiya və "dəyirmi masa" ilə davam edib.

Sessiyalar çərçivəsində regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqların yük axınlarının səmərəli təşkili, eləcə də dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası məsələləri müzakirə olunub.

Tədbirdə limanların regional bağlantıların inkişafında rolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarının gücləndirilməsi, limanların mövcud potensialı və Asiyada yük axınlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı Limanı hazırda regional yük əməliyyatları üçün mühüm halqa kimi daha geniş diqqət mərkəzindədir. Ötən il limanda 107 min TEU konteyner və 8 milyon tondan çox yük aşırılmaqla rekord nəticələr əldə olunub. Bu isə öz növbəsində beynəlxalq yük əməliyyatları üçün yeni imkanlar təqdim edir.

Həmçinin CICA üzv dövlətlərin liman qurumları arasında ikitərəfli işgüzar görüşlər keçirilib və limanlar arasında əməkdaşlığın inkişafına dair strateji müzakirələr aparılıb. Görüşlərin nəticəsi olaraq birgə Yekun Sənəd qəbul edilib.

Konfransın ikinci günündə iştirakçılar Bakı Beynəlxalq Dəniz Limanına səfər edərək limanın Ümumi yük, Bərə və Ro-Ro terminalları ilə tanış olacaq, həmçinin limanın rəqəmsal sistemlərinin tətbiqi ilə bağlı təqdimatları izləyəcəklər.

"Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda beynəlxalq konfrans Bakı Limanının Asiya regionunda limanlararası əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafında rolunu daha da gücləndirəcək.

Paylaş

Xəbər lenti

Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Bu gün, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Bu gün, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Bu gün, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Bu gün, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Bu gün, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Bu gün, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Bu gün, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Bu gün, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Bu gün, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Bu gün, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Bu gün, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Bu gün, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Bu gün, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Bu gün, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Bu gün, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Bu gün, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Bu gün, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Bu gün, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Bu gün, 16:48 Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb Bu gün, 16:48 Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib Bu gün, 16:48 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb Bu gün, 16:48 Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün keçiriləcəyini gözləyir Bu gün, 16:48 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48 Nepalda sel fəlakəti: ölənlərin sayı 1367-yə çatıb Bu gün, 15:48 İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı Bu gün, 15:48 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR Bu gün, 15:48 İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək Bu gün, 15:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb Bu gün, 15:48 Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu Bu gün, 15:48 Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi Bu gün, 15:48 Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya Bu gün, 15:48 Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus Bu gün, 15:48 CENTCOM İranın iki ABŞ hərbi gəmisini vurması barədə iddiaları təkzib edib Bu gün, 15:48 Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı Bu gün, 15:48 Azercell ilk  yeni nəsil diler mağazasını istifadəyə verir Bu gün, 14:48 Tomat beyin fəaliyyətinə necə təsir edir? Bu gün, 14:48 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir Bu gün, 14:48 Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş Bu gün, 14:48 TDT Baş katibi: "Türkdilli ölkələr "yaşıl layihə"ləri birgə maliyyələşdirməyi planlaşdırır" Bu gün, 14:48 Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub Bu gün, 14:48 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR