
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib.
AVESTA.AZ xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar.
Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən azı 80 addım sürətlə yeriyən insanların ölüm riski daha yavaş templə 5-7,5 min addım atanlarla müqayisəolunan olub.
Mütəxəssislər xüsusilə gündə ən azı 30 dəqiqə sürətli yeriməyi tövsiyə edirlər. Ən aşağı erkən ölüm riski isə gündə 7,5-10 min addım atanlarda müşahidə olunub.
Araşdırma göstərir ki, sağlamlıq üçün təkcə addımların sayı deyil, yerimə sürəti də önəmlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.