
İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının tətbiqi ilə bağlı hazırlıq işləri davam etdirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin BAKU.WS-in soğrusuna cavab olaraq bildirilib ki, hazırda dərmanların pozitiv siyahıya daxil edilməsi, qiymət və kompensasiya mexanizmləri ilə bağlı normativ baza formalaşdırılıb.
Qeyd edilib ki, elektron resept, dərmanların izlənməsi, aptek modulu və digər informasiya sistemlərinin inteqrasiyası üzrə texniki hazırlıq işləri aparılır:
"Növbəti mərhələdə sistemlərin inteqrasiyası və sınaq işlərinin keçirilməsi, tibb müəssisələri və apteklərin prosesə qoşulması nəzərdə tutulur.Sistem hazırlıq tədbirləri tamamlandıqdan və müvafiq normativ sənədlər təsdiqləndikdən sonra mərhələli şəkildə tətbiq ediləcək".
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.