
Tovuzda zəncirvari yol qəzası olub, bir nəfər ölüb
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin Mərkəzi küçəsində qeydə alınıb. Məlumata görə, minik avtomobili sürət həddini aşaraq mağazanın qarşısında dayanan 3 müxtəlif markalı nəqliyyat vasitəsinə çırpılıb.Zərbənin təsirindən sonuncu avtomobildə yanğın başlayıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb.
Avtomobillərdən birinin sürücüsü ağır bədən xəsarətləri alan 22 yaşlı Əkbər Qasımov avtomobildən çıxarılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə şahidlərinin sözlərinə görə bu ərazidə avtoqəzalar tez-tez baş verir və çoxunda da ölüm hadisəsi qeydə alınır.
Hacıqabulda da ölümlə nəticələnən qəza baş verib. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.
Tovuz rayon sakini, 56 yaşlı Həsən Quliyevin idarə etdiyi minik avtomobili yağışlı yolda idarəetmədən çıxaraq yoldan kənara aşıb.Qəza nəticəsində sürücü Həsən Quliyev və avtomobildə olan sərnişin, Abşeron rayon sakini, 57 yaşlı Rahidə Abdullayeva hadisə yerində həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.