
Asiya İnkişaf Bankı (ADB) Xəzər dənizi və Qara dəniz akvatoriyasında liman infrastrukturuna investisiya yatırılmasının perspektivli istiqamətlərini, dəniz nəqliyyatının karbon izinin azaldılmasını, rəqəmsal texnologiyaların tətbiqini və dayanıqlı ticarət dəhlizlərinin formalaşdırılmasını müəyyən etmək məqsədi daşıyan hesabat hazırlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ADB-nin dəniz nəqliyyatı üzrə baş mütəxəssisi Adrian Sammons Bakıda keçirilən "V Qara dəniz-Xəzər Logistika Forumu 2026"da bildirib.
A.Sammons vurğulayıb ki, ADB Mərkəzi Asiyada uzun müddətdir nəqliyyat, energetika, su təchizatı və ticarət logistikası sahələrində irimiqyaslı layihələrin maliyyələşdirilməsi və ekspert dəstəyi sahəsində tərəfdaş kimi çıxış edir: "Söhbət Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində avtomobil və dəmir yollarının tikintisindən, logistika komplekslərinin yaradılmasından, sərhəd-keçid məntəqələrinin yenilənməsindən və regional iqtisadi dəhlizlərin inkişafından gedir".
O bildirib ki, hazırda ADB bankın qrant maliyyələşmə ayırdığı yeni layihə vasitəsilə limanlar, gəmiçilik və multimodal logistika istiqamətində öz fəaliyyət dairəsini genişləndirir:
"Bu təşəbbüs CAREC regionunda limanların, logistika sahəsinin və gəmiçiliyin iqlimə davamlılığının gücləndirilməsinə yönəlib. Layihənin gedişatında 2021-ci ildə hazırlanmış baza hesabatı aktuallaşdırılacaq. Yenilənmiş sənəd Xəzər dənizi və Qara dəniz akvatoriyasında, eləcə də daha geniş CAREC məkanında liman infrastrukturuna gələcək kapital qoyuluşlarının prioritet istiqamətlərini, dəniz daşımalarının dekarbonizasiyasını, rəqəmsal transformasiyanı və dayanıqlı ticarət marşrutlarının qurulmasını müəyyən etməyə imkan verəcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.