
"Azərbaycanda valideynlərin 56 faizi övladının təhsili ilə həftədə ən azı bir dəfə maraqlanır".
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
Nazir bildirib ki, bundan başqa, valideynərin 55 faizi övladının necə oxuduğunu müzakirə edir, 63 %-i isə "bu gün nə etdiyini" soruşur:
"Uşağın nə öyrəndiyi ilə həftədə heç olmasa bir dəfə maraqlanan valideynlərin də kifayət qədər olduğu görünür. Təxminən 40 faiz, yəni hər dörd valideyndən biri bu məsələyə diqqət yetirir. Yüksək nəticə göstərən şagirdlər arasında valideynləri dərsləri ilə maraqlananların sayı maraqlanmayanlardan 42 nəfər çoxdur. Valideynlərin 63 faizi övladından həmin gün nə etdiyini soruşur. Yüksək nəticə göstərənlər arasında bu cür uşaqların sayı digərlərindən 38 nəfər çoxdur".
Emin Əmrullayev əlavə edib ki, bu, çox sadə bir şeydir: "Bunun üçün xüsusi maddi imkan, yüksək təhsil və ya hər hansı resurs tələb olunmur. Valideynin varlı və ya kasıb olması, kənddə və ya şəhərdə yaşaması əsas məsələ deyil".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.