
Azərbaycanda səhiyyə sahəsində süni intellekt əsaslı texnologiyaların tətbiqi ilə bağlı işlər aparılır.
AVESTA.AZ-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, süni intellekt xüsusilə tibbi görüntülərin təhlili, xəstəliklərin erkən aşkarlanması, klinik qərarların dəstəklənməsi və pasiyent məlumatlarının emalı baxımından perspektivli istiqamətlərdən biridir.
Qeyd olunub ki, hazırda radioloji istiqamətlərdə, həmçinin həkimlərin iş axınlarının optimallaşdırılması məqsədilə süni intellekt əsaslı tətbiqlər pilot layihələr şəklində həyata keçirilir.
Məlumata görə, bu istiqamətdə mövcud həllər nəzərdən keçirilir. Tibbi dəqiqlik, məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması və mütəxəssis nəzarəti kimi əsas şərtlərə cavab verən və tətbiqi məqsədəuyğun hesab edilən həllər barədə ictimaiyyətə məlumat veriləcək.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.