
Rusiya hökuməti poçt əməkdaşlarına verilən xidməti və mülki silahlar və xüsusi vasitələr siyahısına antidron silahlarını da əlavə edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, yenilənmiş siyahıda pilotsuz uçuş aparatları, suüstü və sualtı vasitələr, eləcə də digər avtomatlaşdırılmış pilotsuz sistemlərlə mübarizə üçün nəzərdə tutulan xüsusi avadanlıqlar yer alıb.
Siyahıda daha əvvəl 9 mm-lik tapançalar, rezin gülləli silahlar, elektroşok cihazları, gülləkeçirməz jiletlər və digər qoruyucu vasitələr mövcud olub.
Silah və avadanlıqların növü əməkdaşların yerinə yetirdiyi vəzifələrə uyğun müəyyənləşdiriləcək. Buraya poçt şöbələrinin mühafizəsi, nağd pul daşınmasının müşayiəti və digər təhlükəsizlik tədbirləri daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.