
Orta Dəhliz boyunca yerləşən dövlətlər Qərbdən Şərqə istiqamətində yük bazasının cəlb edilməsi üzrə sistemli yanaşma qurmaq üçün avropalı tərəfdaşlarla intensiv qarşılıqlı fəaliyyətə başlayıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən V "Qara dəniz-Xəzər Logistika Forumu 2026"da bildirib.
Müşavirin sözlərinə görə, əvvəllər Orta Dəhliz əsasən onun bilavasitə iştirakçıları arasında təşviq edilirdi: "Müvafiq tədbirlər Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və ən yaxşı halda Türkiyədə təşkil olunurdu. Orta Dəhliz gündəliyi ilə Avropa bazarına demək olar ki, heç kim çıxmırdı, çünki marşrut özünün təbii formalaşma mərhələsini yaşayırdı. İndi biz Qərbdən Şərqə istiqamətində yük bazasının cəlb edilməsi üzrə sistemli iş qurmaq üçün avropalı tərəfdaşlarla fəal qarşılıqlı fəaliyyətə keçmişik. Əminik ki, Avropa biznesi yerli operatorların təşviq etdiyi konsepsiyalara daha çox etibar edir. Buna görə də məqsədimiz hər iki tərəf üçün maraq kəsb edən qarşılıqlı faydalı tərəfdaşlıq qurmaqdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.