
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın Diaspor Komitəsinin sədri Abike Dabriri Ereba ilə görüşüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, görüş Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Birinci Müsəlman Diaspor Forumu çərçivəsində baş tutub.
Görüşdə hər iki ölkənin müvafiq qurumu ilə İƏT çərçivəsində diaspor fəaliyyətləri və əməkdaşlıq məsələləri müzakirə olunub.
Fuad Muradov pakistanlı və nigeriyalı həmkarlarını Azərbaycana, eləcə də Qarabağa səfərə dəvət edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.