Bu gün, 16:48 52

PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu

"PAŞA Real Estate" şirkəti 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın rəsmi tərəfdaşı (Event Supporter) statusunu əldə etdiyini məmnuniyyətlə elan edir.

Dünyanın ən nüfuzlu idman yarışlarından biri olan Formula 1 çoxsaylı turistləri, media nümayəndələrini, aparıcı iş adamlarını və avtoidman həvəskarlarını bir araya gətirərək qlobal diqqəti Azərbaycana yönəldir. Azərbaycanın müasir inkişafını, zəngin mədəniyyətini, qonaqpərvərliyini və beynəlxalq cəlbediciliyini nümayiş etdirmək üçün güclü platforma rolunu oynayan bu mötəbər tədbirə dəstək olmaq "PAŞA Real Estate" üçün xüsusi əhəmiyyət kəsb edir.

Dünya səviyyəli premium yaşayış komplekslərinin və şəhərin simvoluna çevrilən layihələrin beynəlxalq developeri, eləcə də Azərbaycanın aparıcı otellərinin idarəçisi qismində "PAŞA Real Estate" Formula 1 qonaqlarını Bakıda qarşılamaqdan və onların paytaxtla tanışlıq təcrübəsinə öz töhfəsini verməkdən məmnunluq duyur.

Məşhur "Baku City Circuit" şəhər treki paytaxtın mərkəzindən keçərək sürət yarışının həyəcanını tarixi memarlıq və müasir şəhər mənzərələri ilə, o cümlədən "PAŞA Real Estate"in portfelinə daxil olan əsas layihələri ilə birləşdirir.

Tərəfdaşlıq çərçivəsində trekin Azneft meydanında yerləşən əsas tamaşaçı zonalarından biri rəsmi olaraq "PASHA Real Estate Grandstand" adlandırılacaq. Yarış zolağının ən maraqlı və dinamik nöqtələrindən birində quraşdırılan tribuna qonaqlara Bakının mərkəzində unudulmaz Formula 1 həyəcanı bəxş edəcək.

Bundan əlavə, tribunanın qonaqları xüsusi QR-kodlar vasitəsilə "PAŞA Real Estate"in layihələr portfeli ilə yaxından tanış ola və sırf Formula 1 tamaşaçıları üçün hazırlanmış eksklüziv təkliflərdən faydalana biləcəklər.

"PAŞA Real Estate Qrup"un Baş İcraçı Direktoru Özgür Geter qeyd edib:

"Formula 1 Azərbaycan Gran-prisi müasir Bakının dinamik, iddialı və dünyaya açıq simasını təcəssüm etdirir. Bu dəyərlər "PAŞA Real Estate"in fəlsəfəsi və şəhərin inkişafına, eləcə də onun beynəlxalq nüfuzunun artmasına xidmət edən unikal məkanlar yaratmaq baxışımızla tam uzlaşır.

Qlobal əhəmiyyətli belə bir tədbirə dəstək verməkdən, xarici qonaqları salamlayaraq onlara Bakını, layihələrimizi və bu ecazkar şəhərin təkrarolunmaz enerjisini kəşf etmək imkanı yaratmaqdan səmimi məmnunluq duyuruq".

Bu tərəfdaşlıq "PAŞA Real Estate"in Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirən, ölkənin turizm və biznes mühitinə töhfə verən, həmçinin yerli sakinlər və paytaxtın qonaqları üçün yaddaqalan təcrübələr bəxş edən layihələri dəstəkləmək əzmini bir daha təsdiqləyir.

"PAŞA Real Estate Qrup" haqqında

"PAŞA Holding"in tərkib hissəsi olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlak sahəsində investisiya, tikinti, developer fəaliyyəti, aktivlərin idarə olunması və istismarı istiqamətlərində ixtisaslaşmışdır. Şirkətin portfelinə lüks hotellər, yüksək səviyyəli kurortlar, premium yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ kimi ölkələrdə fəaliyyət göstərən qrup, etibarlılıq, keyfiyyət və müştəriyönümlülük prinsiplərinə əsaslanaraq beynəlxalq miqyasda aktivlərinin dəyərini davamlı artırmağı və öz sahəsində standartları yüksəltməyi hədəfləyir.

www.pasharealestate.az

Paylaş

Xəbər lenti

Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR