
İcbari tibbi sığortanın əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavabı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Hacaliyeva verib.
Bildirilib ki, əsas yeniliklərdən biri uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta təminatına daxil edilməsidir:
"Bu çərçivədə xəstəliklərin aşkarlanması, diaqnostik təsdiqi və mərhələsinin müəyyənləşdirilməsi üçün zəruri müayinələrin, həmçinin kimyaterapiya, dərman, cərrahi və dəstəkləyici müalicələrin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Xidmətlərin konkret siyahısı və təminat şərtləri ilə bağlı aidiyyəti qurumlarla iş davam etdirilir.
Bununla yanaşı, ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertenziyanın uzunmüddətli idarə olunmasına da diqqət artırılır. Antihipertenziv dərmanların icbari tibbi sığorta çərçivəsində təminata daxil edilməsi ilə bağlı işlərin aparılır".
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.