
İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının ilk mərhələsində arterial hipertenziyanın müalicəsində istifadə olunan preparatların qarşılanması planlaşdırılır.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Hacaliyeva BAKU.WS-ə bildirib ki, ilkin mərhələdə 28 təsiredici maddə, müxtəlif dozalar və kombinasiyalar nəzərə alınmaqla 76 adda dərman vasitəsi müəyyən edilib. Yekun siyahı təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Dərmanlar təsiredici maddə, doza və farmasevtik formaya əsasən təyin ediləcək. Vətəndaşın ən azı bir dərman alternativini əlavə ödəniş etmədən əldə edə bilməsi planlaşdırılır.
Daha bahalı alternativ seçildiyi halda isə onun qiyməti ilə sığorta tərəfindən qarşılanan məbləğ arasındakı fərqin vətəndaş tərəfindən ödənilməsi nəzərdə tutulur.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.