20-07-2026, 15:48 117

Bir və

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi "UnionPay"in beynəlxalq törəmə şirkəti "UnionPay International" ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində "UnionPay" kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.

Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq "UnionPay" kart sahibləri Bir ekosisteminə daxil olan Birbank-ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.

Layihənin növbəti mərhələsində "UnionPay" kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da "UnionPay" kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də "UnionPay" kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından sonra Bir ekosistemi "UnionPay" kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.

Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. "UnionPay" kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.

Bir-in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: "Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. "UnionPay"lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".

Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan "UnionPay International"ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: "Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq".

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

{{gallery}}

Paylaş

Xəbər lenti

Emin Əmrullayev ilk dərs günündə bəzi məktəblərə baş çəkib Bu gün, 10:48 Azərbaycanlı xanəndənin toyu oldu - Məşhurlar məclisə axın etdi Bu gün, 10:48 Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü Bu gün, 10:48 Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib Bu gün, 10:48 Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ Bu gün, 10:48 Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir Bu gün, 10:48 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək Bu gün, 10:48 "Facemark" MMC ilə Dalğa FM arasında 14 sentyabr 2026-cı il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bu gün, 10:48 Dilarə Əliyevanın nəvəsi birinci sinifə gedir Bu gün, 10:48 Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb Bu gün, 09:48 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq Bu gün, 09:48 Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir Bu gün, 09:48 Neftimizin qiyməti 127 dolları keçib Bu gün, 09:48 Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR