20-07-2026, 15:48 148

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

"Özəl bağçalarda təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək".

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, son 10 il ərzində uşaqların daha erkən yaşlardan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq və icma əsaslı qrupların yaradılması, eləcə də yeni maliyyələşmə mexanizmlərinin tətbiqini əhatə edir.

Vəfa Yaqublunun sözlərinə görə, ötən tədris ilində məktəblərin nəzdində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına 86 mindən çox 5 yaşlı uşaq, icma əsaslı qruplara isə 24 mindən bir qədər çox uşaq cəlb olunub. 2025-2026-cı tədris ilində isə 4 mindən çox uşaq valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyələşmədən faydalanıb.

Direktor müavini qeyd edib ki, iyul ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə valideyn-dövlət-özəl tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında qərar qəbul olunub, iyulun 17-də isə Nazirlər Kabineti modelin tətbiqi qaydalarını təsdiqləyib.

"Qaydalara əsasən, özəl müəssisənin təklif etdiyi təhsil xidmətinin 70 faizədək hissəsi dövlət tərəfindən ödəniləcək. Lakin Bakı şəhərində bu məbləğ 350 manatdan, regionlarda isə 250 manatdan artıq olmayacaq", - deyə Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, yeni maliyyələşmə mexanizmi dövlət bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışının təmin olunmasına və özəl müəssisələrin inkişafına töhfə verəcək. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində yeni iş yerlərinin yaranacağı gözlənilir.

Vəfa Yaqublu əlavə edib ki, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri dövlət lisenziyasına malik olmalı, tələb olunan sənədləri təqdim etməli və öz potensiallarını təsdiqləməlidirlər. Qaliblərin siyahısı Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

O bildirib ki, bundan sonra valideynlər qalib gəlmiş özəl müəssisələr arasından seçim edərək Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə övladlarını qeydiyyatdan keçirəcək və müqavilə bağlayacaqlar.

Paylaş

Xəbər lenti

Emin Əmrullayev ilk dərs günündə bəzi məktəblərə baş çəkib Bu gün, 10:48 Azərbaycanlı xanəndənin toyu oldu - Məşhurlar məclisə axın etdi Bu gün, 10:48 Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü Bu gün, 10:48 Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib Bu gün, 10:48 Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ Bu gün, 10:48 Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir Bu gün, 10:48 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək Bu gün, 10:48 "Facemark" MMC ilə Dalğa FM arasında 14 sentyabr 2026-cı il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bu gün, 10:48 Dilarə Əliyevanın nəvəsi birinci sinifə gedir Bu gün, 10:48 Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb Bu gün, 09:48 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq Bu gün, 09:48 Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir Bu gün, 09:48 Neftimizin qiyməti 127 dolları keçib Bu gün, 09:48 Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR