
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxacaq.
BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi Bakı təmsilçisi ilk oyunda Finlandiyanın "KuPS" klubunu qəbul edəcək. Qarşılaşma "Bank Respublika Arena"da keçiriləcək və start fiti saat 20:00-da səslənəcək.
Matçı Polşadan olan FIFA referisi Lukaş Kujma idarə edəcək.
Bu cütün qalibi növbəti mərhələdə Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.