
İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi.
"Ladavinin rəhbərlik etdiyi qurum HƏMAS-ın yüksək vəzifəli üzvləri üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olurdu ki, bu da qərarların qəbul edilməsinə, eləcə də İsrailə qarşı terror əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə kömək edirdi", - məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.