
Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, yeraltı təkanların episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Səlahiyyətli qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və monitorinq işlərini davam etdirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.