
Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarov "Heydər Əliyev" ordeni ilə təltif edilib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, S.Japarov Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.