
48 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Hüseyn Rzazadə Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ikinci təsəlliverici görüşünə çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, ABŞ-dən Koper Depyuti ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 12:1.
Beləliklə, Hüseyn Rzazadə mübarizəni dayandırıb.
***11:15
48 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Hüseyn Rzazadə Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında təsəlliverici görüşə çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o bu mərhələdə iranlı Amirali İbrahim Fazla qarşılaşıb.
Görüş təmsilçimizin 9:6 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da o, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Xatırladaq ki, o, dünən 1/8 finalda hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.