3-08-2026, 17:48 27

Bakı Qızlar Universitetinin tələbələri özəl universitetlərə köçürüləcək - RƏSMİ

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

AVESTA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib.

"Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub.

Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.

Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq.

Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək.

Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.

Qeyd edək ki, bütün proses ərzində tələbələrin təhsilinin davamlılığının təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin icrası barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq", - məlumatdda qeyd edilib.

Paylaş

Xəbər lenti

Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Bu gün, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Bu gün, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Bu gün, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Bu gün, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Bu gün, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Bu gün, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Bu gün, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Bu gün, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Bu gün, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Bu gün, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Bu gün, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Bu gün, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Bu gün, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Bu gün, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Bu gün, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Bu gün, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Bu gün, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Bu gün, 19:48 Ucarda ev yanıb kül oldu Bu gün, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Bu gün, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Bu gün, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Bu gün, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Bu gün, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Bu gün, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Bu gün, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Bu gün, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Bu gün, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR