
Qızıl satışı adı ilə Azərbaycanda yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub, G.Mamatova 6 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Guzal Mamatova əvvəllər Bakıda - "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılların Özbəkistanda satışını həyata keçirib. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.
G.Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.