
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 25 il ərzində silah sınaqları ilə bağlı məxfilikdən çıxarılmış illik hesabatlara ictimai çıxışı məhdudlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, əvvəllər açıq şəkildə yayımlanan hesabatlarda ABŞ ordusunun silah sistemlərinin sınaqları, onların effektivliyi və aşkar edilən texniki çatışmazlıqlar barədə məlumatlar yer alırdı.
Pentaqonun qərarının səbəbi barədə rəsmi açıqlama verilməyib. Bununla belə, ekspertlər hesab edirlər ki, addım milli təhlükəsizlik və həssas hərbi məlumatların qorunması ilə bağlı narahatlıqlardan irəli gələ bilər.
Qərardan sonra son 25 il ərzində dərc edilmiş və məxfiliyi ləğv olunmuş silah sınaqları hesabatları artıq ictimaiyyət üçün əlçatan deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.