
Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində moped sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə ikitəkərli nəqliyyat vasitəsini idarə edən T.Məhərrəmli müəyyən olunaraq saxlanılıb və onun barəsində qanunamüvafiq tədbir görülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.