
Gürcüstanda 2008-ci il Rusiya-Gürcüstan müharibəsində həyatını itirənlərin xatirəsi ehtiramla anılır.
AVESTA.AZ xəbər verir ki, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan Hökumətinin Administrasiya binasının üzərindəki dövlət bayrağı yarıya endirilib.
Gürcüstan hökumətinin məlumatına görə, Baş nazir İrakli Kobaxidzenin imzaladığı qərarla əlaqədar ölkə ərazisində inzibati binaların üzərindəki dövlət bayraqları yarıya endirilib.
Qeyd edək ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından bu gün 18 il ötür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.