
AVESTA.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.
Nazir bildirib ki, Türkiyə üçün təhdid yaratmayan ölkələr sözügedən ittifaqın hədəfi hesab edilmir.
"Bir daha təkrarlayıram, bizə təhdid yaratmayan ölkələr hədəf deyil", - deyə Hakan Fidan vurğulayıb.
Fidan Türkiyənin yeni müdafiə əməkdaşlığı yaratmasına NATO üzvləri arasında da etiraz olmadığını qeyd edib.
"ABŞ-nin də NATO xaric, bir çox ölkələrlə bənzər əməkdaşlıqları var. İsrail, Yaponiya və digər dövlətlərlə əldə olunan razılaşmalar da bu qəbildəndir. Hətta ABŞ ilə Səudiyyə Ərəbistanı və Qətər arasında da oxşar sazişlər imzalanıb. NATO üzvü Fransanın da yunan Kipri ilə müdafiə əməkdaşlığı mövcuddur. Yəni bu, alyans üçün yeni fenomen deyil", - deyə o bildirib.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum müqavilənin bütün iştirakçılarına qarşı hücum kimi qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.