
Ukrayna Prezidenti Volodimir Zelenskinin iddiasına görə, Rusiya Ukraynaya qarşı müharibədə 30-50 minə qədər Şimali Koreya hərbçisindən istifadə etməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, Zelenski "United News" telemarafonunda bildirib ki, Şimali Koreya hərbçilərinin hazırda Rusiya ərazisində olduğu müşahidə edilir.
Onun sözlərinə görə, əvvəlcə söhbət yüzlərlə, daha sonra isə minlərlə hərbçidən gedib. Hazırda isə onların sayının 30-50 min arasında ola biləcəyi bildirilir.
Zelenski əlavə edib ki, Şimali Koreya hərbçiləri Rusiyada müharibə şəraitini öyrənirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.