
Gürcüstanın Marneuli bələdiyyəsinin Kürüstü Kəpənəkçi kənd sakini olan 15 yaşlı Rəvan Əfəndiyev Tbilisi gölündə boğularaq həyatını itirib.
BAKU.WS xəbər verir ki, hadisə ötən gün Tbilisidə baş verib.
Məlumata görə, Rəvan Əfəndiyev dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. Bir müddət sonra yeniyetmə suda boğulmağa başlayıb.
Ətrafdakı şəxslər müdaxilə edərək onu sudan çıxarsalar da, 15 yaşlı Rəvanın həyatını xilas etmək mümkün olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.