11-08-2026, 22:48 0

İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.

AVESTA.AZ xəbər verir ki, "Atelier Erich Pummer gmbh" şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xamına türbədə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

Paylaş

Xəbər lenti

Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Bu gün, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Bu gün, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Bu gün, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Bu gün, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Bu gün, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Bu gün, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Bu gün, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48 Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar Bu gün, 16:48 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya Bu gün, 15:48 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır Bu gün, 15:48 ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək Bu gün, 15:48 Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı Bu gün, 15:48 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? Bu gün, 15:48 Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir Bu gün, 15:48 Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir Bu gün, 15:48 Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48 "Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb Bu gün, 13:48 Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq Bu gün, 13:48 Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb Bu gün, 13:48 Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq Bu gün, 13:48 Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb Bu gün, 13:48 Ötən gün 25 nəfər saxlanılıb Bu gün, 13:48 Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib Bu gün, 13:48 Azərbaycan-Gürcüstan sərhədində SON VƏZİYYƏT Bu gün, 13:48 İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST Bu gün, 12:48 Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş Bu gün, 12:48 Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü Bu gün, 12:48 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib Bu gün, 12:48 Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib Bu gün, 12:48 İllərin dostluğunu pozan mahnı: "Laçınım"ın müəllifi gizli məqamlardan danışdı Bu gün, 12:48 Bu şəhərin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 12:48 Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub Bu gün, 12:48 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırılıb Bu gün, 12:48 Xırdalanda körpə 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 11:48 Prezident İlham Əliyev "Sabah"ı təbrik edib Bu gün, 11:48 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ Bu gün, 11:48 Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR