12-08-2026, 18:48 8

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur.

BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri adi işgüzar səfər çərçivəsinə sığmayan, həm Naxçıvanın gələcək inkişaf modelini, həm də Azərbaycanın regional geosiyasi və iqtisadi strategiyasını aydın şəkildə nümayiş etdirən mühüm hadisədir:

"Səfər boyu təqdim edilən layihələr, verilən mesajlar, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi və günün sonunda Azərbaycan Televiziyasına verilən geniş müsahibə əslində vahid bir konsepsiyanın müxtəlif istiqamətlərini tamamlayırdı: Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən güclü və Azərbaycanı Türk dünyası ilə daha sıx birləşdirən strateji mərkəzə çevrilməsi".

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur

Deputat qeyd edib ki, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcı sayıla bilər:

"Çünki Naxçıvanın gələcəyi yalnız büdcə və sosial layihələrlə deyil, istehsal, investisiya, ixrac, yeni texnologiyalar və dayanıqlı məşğulluqla təmin olunmalıdır. Sənaye Parkı məhz bu məqsədə xidmət edən mühüm platformadır. Digər tərəfdən, Prezidentin Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxması və dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olması regionun inkişafında nəqliyyat və ekoloji yanaşmanın ön plana çəkildiyini göstərir. Bu, sadəcə şəhər nəqliyyatının yenilənməsi deyil. Elektrik nəqliyyatının tətbiqi, dəmir yolunun modernləşdirilməsi və gələcək logistika imkanlarının genişləndirilməsi Naxçıvanın yeni iqtisadi modelinin əsas elementləridir".

E. Akimova bildirib ki, Prezidentin Naxçıvan şəhərinin "2044-cü ilədək inkişafına dair Baş Plan"ı ilə tanış olması isə məsələyə daha geniş perspektivdən baxıldığını nümayiş etdirir:

"Bu, bir neçə illik deyil, onilliklərə hesablanmış şəhərsalma strategiyasıdır. Naxçıvanın müasir şəhər kimi inkişafı, turizm imkanlarının artırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, yaşayış və sosial infrastrukturun genişləndirilməsi qədim şəhərin tarixi simasının qorunması ilə müasirliyin vəhdətinə əsaslanmalıdır. Mədəni irslə bağlı addımlar da səfərin ayrıca mənəvi xəttini təşkil etdi. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılışı Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, Azərbaycan dövlətçilik və mədəniyyət tarixindəki misilsiz yerini önə çıxardı. Əcəmi Naxçıvani kimi dahi memarın irsinin yaşadılması, Möminə xatun türbəsinin qorunması Azərbaycan tarixinin daş yaddaşının gələcək nəsillərə ötürülməsi deməkdir".

O, səfərin hərbi istiqamətinin də mühüm mesaj daşıdığını ifadə edib.

"Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə döyüş bayraqlarının təqdim olunması Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemindəki xüsusi rolunu bir daha təsdiqlədi. Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı olsa da, milli təhlükəsizlik baxımından heç vaxt ayrıca düşünülə bilməz. Əksinə, bugünkü Naxçıvan güclü ordunun, müasir hərbi imkanların və yüksək döyüş hazırlığının təminat verdiyi strateji qaladır".

Deputatın sözlərinə görə, bu səfər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur:

"Əgər ötən əsrin ən ağır illərində bu qədim torpaq Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və naxçıvanlıların qəhrəmanlığı ilə qorunmuşdusa, bu gün həmin torpağın qarşısında tamamilə yeni tarixi missiya dayanır.

Naxçıvan artıq yalnız qorunan sərhəd məkanı deyil, Azərbaycanı Türk dünyasına, Türkiyəni Mərkəzi Asiyaya, Şərqi Qərbə bağlayan böyük geosiyasi körpünün mühüm dayaqlarından biridir. Bu mənada Prezident İlham Əliyevin səfərindən dünyaya verilən mesaj son dərəcə aydındır: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir, öz yollarını özü qurur və regional reallıqların formalaşmasında passiv müşahidəçi deyil, əsas təşəbbüskar dövlətlərdən biridir. Naxçıvanda qoyulan hər bir təməl, açılan hər bir obyekt və verilən hər bir Döyüş bayrağı əslində Azərbaycanın yeni əsrdə qarşısına qoyduğu böyük məqsədlərin ayrı-ayrı ifadələridir. Bu məqsəd isə yalnız inkişaf edən Naxçıvan deyil, güclənən Azərbaycan və dəyişən Cənubi Qafqazın sabahıdır".

Paylaş

Xəbər lenti

Nazirlikdən kirayə ev axtaran tələbələrə müraciət: Bu ifadələrə inanmayın Bu gün, 10:48 Azərbaycanın beş cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, güclü külək əsir Bu gün, 10:48 Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb Bu gün, 10:48 İnvestisiya Nazirliyi: SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir Bu gün, 10:48 "Sabah" Çempionlar Liqasından nə qədər qazanacaq? - MƏBLƏĞLƏR Bu gün, 10:48 Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir – Azərbaycanda necədir? Bu gün, 10:48 Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib Bu gün, 10:48 "Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır Bu gün, 10:48 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq Bu gün, 10:48 Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı Bu gün, 10:48 Azərbaycanda vəzifəli şəxs qardaşının evində qəfil öldü Bu gün, 09:48 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı Bu gün, 09:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı Bu gün, 09:48 ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır Bu gün, 09:48 Ballıqaya qətliamından 34 il ötür Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dolları ötüb Bu gün, 09:48 Bakıda güclü külək nəticəsində 2 qadın xəsarət alıb Bu gün, 09:48 İlin son Ay tutulması başlayıb Bu gün, 08:48 Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 "Səs-küydən otura bilmirik" - Avropa Azərbaycan Məktəbindən NARAZILIQ Bu gün, 08:48 "Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA Bu gün, 08:48 Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var Bu gün, 08:48 "Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR