13-08-2026, 12:48 5

Alimentdən imtina qarşılığında valideynlik hüququndan məhrum etmək olar? - AÇIQLAMA

Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə AVESTA.AZ-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.

Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.

İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməz.

İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub.

Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad olunması müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin, həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.

Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur). Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.

Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabər səviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz. Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər. Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.

Valideynlik hüququndan məhrum edilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.

Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.

Paylaş

Xəbər lenti

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Bu gün, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Bu gün, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Bu gün, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48 Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub Bu gün, 11:48 Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı Bu gün, 11:48 Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48 "Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır Bu gün, 10:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib Bu gün, 10:48 Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib Bu gün, 10:48 Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR