
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy 74 yaşında estetik əməliyyat keçirib. Sənətçinin əməliyyatdan sonrakı görüntüsü sosial şəbəkələrdə geniş müzakirə olunub.
Ersoyun üzünə "Lolita lift", orta üz və alın dartılması prosedurlarının tətbiq edildiyi bildirilib.
Sənətçi əvvəllər üzündə heç bir estetik müdaxilə etdirmədiyini, hətta uzun illər botoks belə etdirmədiyini açıqlayıb.
Onun yeni görüntüsünü bəyənənlər "gəncləşib" şərhləri yazıb. Bəzi izləyicilər isə sənətçini tanımaqda çətinlik çəkdiklərini bildiriblər.
Ersoy əməliyyat qərarında həmkarları Safiye Soyman və Seda Sayanın da təsirinin olduğunu deyib. O, gələcəkdə daha estetik prosedurlar etdirəcəyini də açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.