
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
***14:55
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 20 vaqon buğda tədarük ediləcək.
Qatar saat 15:00-da"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.