
Amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
AVESTA.AZ xəbər verir ki, onun ölüm xəbərini ailəsi açıqlayıb.
Aktrisanın hansı səbəbdən vəfat etdiyi isə bəlli deyil.
Panettierenin keçmiş nişanlısı və ukraynalı boksçu Vladimir Kliçkodan Kaya adlı bir qızı var. Aktrisanın qardaşı Yansen Panettiere də 2023-cü ildə 28 yaşında böyümüş ürək və aorta qapağı xəstəliyi ilə əlaqəli ağırlaşmalar səbəbindən vəfat edib.
Hayden Panettiere bir dəfə "Grammy"yə və iki dəfə "Qızıl Qlobus"a namizəd olub.
Hayden Panettiere "Nashville" və "Heroes" kimi seriallarla məşhurlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.