21-08-2026, 19:48 2

Vüqar Rəhimzadə:

"Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkə arasında yüksək səviyyədə olan siyasi etimadın hüquqi və institusional baxımdan daha yüksək mərhələyə keçməsi deməkdir.

2024-cü il avqustun 23-də imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstəyini təsbit edir".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Rəhimzadə deyib.

"Eyni zamanda, münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır, müdafiə və təhlükəsizlik, xarici siyasətin əlaqələndirilməsi, hərbi-texniki əməkdaşlıq, iqtisadiyyat, investisiya və nəqliyyat kimi istiqamətləri də əhatə edir. Müdafiə sahəsində isə birgə təlimlər, şəxsi heyətin mübadiləsi, hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması kimi konkret mexanizmlər müəyyənləşdirilib. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də qeyd edib ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Dövlət başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb", - deyə V.Rəhimzadə əlavə edib.

O bildirib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətlə inkişaf edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb:

"Dövlət başçısı sözügedən müsahibəsində vurğulayıb ki, 2026-cı ilin yanvar-may aylarında da artım davam edib. Belə ki, həmin dövrdə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.

Hazırda sənaye kooperasiyası, energetika, kənd təsərrüfatı və ərzaq emalı, dağ-mədən və metallurgiya, tikinti, avtomobil sənayesi, tekstil, əczaçılıq, logistika və turizm kimi sahələr xüsusi perspektiv vəd edir. 2026-cı ilin iyulunda keçirilən hökumətlərarası komissiyanın iclasında da məhz bu istiqamətlər üzrə birgə layihələrin genişləndirilməsi müzakirə olunub. Xüsusilə, Özbəkistanın böyük əhali bazarı və istehsal potensialı ilə Azərbaycanın enerji, logistika, investisiya və Avropa bazarlarına çıxış imkanlarının birləşdirilməsi yeni imkanlar yaradır. Daha böyük perspektiv iki ölkənin birlikdə məhsul istehsal edib üçüncü bazarlara çıxmasıdır. Azərbaycan ilə Özbəkistanın iqtisadi potensialı və imkanları bir-birini tamamlayır. Bu amil iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və müasir əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar açır. Azərbaycan Özbəkistanda bir sıra mühüm investisiya layihələri həyata keçirir. Bu layihələr Azərbaycanın özəl sektorunun Özbəkistan iqtisadiyyatına göstərdiyi marağın və iki ölkə arasında qarşılıqlı investisiyaların artan dinamikasının göstəricisidir. Xüsusilə, turizm, daşınmaz əmlak, xidmət və digər sahələrdə həyata keçirilən investisiya təşəbbüsləri yeni iqtisadi əlaqələrin formalaşmasına və biznes dairələri arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycan və Özbəkistan arasında iqtisadi potensialın qarşılıqlı şəkildə səfərbər edilməsi gələcəkdə yeni birgə layihələrin reallaşdırılması üçün də mühüm zəmin yaradır. Bu baxımdan investisiya, turizm, nəqliyyat, logistika və digər perspektivli sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkənin iqtisadi inkişafına əlavə töhfələr verə bilər. Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsi və genişlənməsində mühüm əhəmiyyət kəsb edir".

V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir:

"Bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, regionlararası ticarət əlaqələrinin inkişafına və nəqliyyat marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verə bilər. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada əlverişli coğrafi mövqeyə malik olması ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Xəzər dənizi üzərindən keçən bağlantıları Özbəkistanın Mərkəzi Asiya regionundakı nəqliyyat imkanları ilə tamamlanır".

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Belə bir inteqrasiya Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi, yeni logistika əlaqələrinin formalaşdırılması və ticarət dövriyyəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələrin bir-biri ilə əlaqələndirilməsi nəticəsində Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanları genişlənəcək, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağı kimi rolu daha da güclənəcək", - deyə sonda Vüqar Rəhimzadə vurğulayıb.

Paylaş

Xəbər lenti

Bakıda üç rayonda işıq olmayacaq Bu gün, 08:48 Çempionlar Liqasında bu klublar mübarizə aparacaq Bu gün, 08:48 Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək... Bu gün, 08:48 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR Bu gün, 08:48 Mingəçevir su anbarında balıqçı itkin düşüb Bu gün, 08:48 Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR