
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulmasını nəzərdə tutan qanun layihəsinin müvafiq maddəsini təsdiqləyib.
BAKU.WS "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, komitə "Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə strateji tədbirlər" adlı qanun layihəsinin üçüncü maddəsini qəbul edib.
Maddəyə əsasən, İran hakimiyyətinin icazəsi ilə boğazdan tranzit keçən ölkələrin gəmilərindən göstərilən xidmətlərə görə ödəniş alınacaq.
Rüsumların ekoloji xidmətlər, yanacaq doldurulması, sığorta və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərcləri əhatə edəcəyi bildirilir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun parlamentdə təsdiqlənməsi və digər qanuni prosedurlardan keçməsi tələb olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.