
Bakının Xətai rayonunda velosiped oğurlayan şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı Q.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, velosipedi oğurlayandan sonra elan saytlarının birində satışa çıxarıb.
Araşdırmalar davam etdirilir.
*** 17.08.2026 17:59
Baş verən oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə vətəndaşın müraciəti daxil olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, əməli törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
***17:30
Bakının Xətai rayonunda velosiped oğurlanıb.
BAKU.WS-ə məlumat verən şikayətçi Cavid Məmmədov bildirib ki, hadisə avqustun 6-da saat 23:30 radələrində Babək prospekti, bina 64, mənzil 124 ünvanında baş verib.
Onun sözlərinə görə, həmin ünvandan velosiped oğurlanıb. Oğurlanan velosipedin dəyərinin 650 manat olduğu bildirilir.
Hadisə ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.