Dünən, 10:48 89

KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib

Bu günədək Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, investisiya təşviqi sənədi almış 552 layihə fəaliyyətə başlayıb. İndiyədək 1,5 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6 604 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.

Azərbaycanda 1 yanvar 2029-cu ilədək bir sıra strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir.

Bunlar:

- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

- Tullantıların idarə olunması və təkrar emalı layihələri;

- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

- Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;

- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

- Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

- Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;

- Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;

- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;

- Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;

- Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;

- İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.

İnvestisiya təşviqi sənədi əldə edən layihələr sənədin verildiyi tarixdən etibarən 7 il müddətində torpaq və əmlak vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir, mənfəət və ya gəlir vergisinə isə 50 % güzəşt tətbiq olunur.

Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Sahibkarlar ətraflı məlumat üçün KOBİA 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, investisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq olunur.

Paylaş

Xəbər lenti

Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49 Birinci sinfə qəbul olanların sayı son bir ildə AZALIB - RƏSMİ Bu gün, 11:49 Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir Bu gün, 11:48 Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA - GENİŞLƏNDİRİLƏCƏK Bu gün, 11:48 Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş Bu gün, 11:48 UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər Bu gün, 11:48 BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı Bu gün, 11:48 Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub Bu gün, 11:48 Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ Bu gün, 11:48 Nazir: "Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil" Bu gün, 11:48 Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48 Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var Bu gün, 10:48 Xalq artisti Habil Əliyevin vəfatından 11 il ötür Bu gün, 10:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - SƏBƏB açıqlandı Bu gün, 10:48 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu kolleclərə direktor müavini təyin edildi Bu gün, 10:48 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər" Bu gün, 10:48 Küləkli havada 4 nəfər xəsarət alıb Bu gün, 10:48 Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı Bu gün, 10:48 "Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir Bu gün, 10:48 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər Bu gün, 09:48 Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb Bu gün, 09:48 Yağış Bakı yollarını iflic etdi: Küçələr keçilməz hala düşdü Bu gün, 09:48 Bu gün Bakıda bu rayonlarda QAZ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Xanlarova: "Deyirlər, TikTok-da oturub pul yığır" Bu gün, 09:48 Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb Bu gün, 09:48 Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi Bu gün, 09:48 Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ Bu gün, 08:48 Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib Bu gün, 08:48 Aktyor Oqtay Mehdiyev: "Öldürmək istəsələr də, alınmadı" Bu gün, 08:48 Məktəblərin açılmasına bir həftə qalıb, yol isə bərbad vəziyyətdədir Bu gün, 08:48 Güclü külək Lənkəranda da bir sıra fəsadlar törədib Bu gün, 08:48 Nazir Abid Şərifovun qardaşı oğlunu işdən çıxardı Bu gün, 08:48 Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR