
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə sonra bərpa prosesinə başlayacaq.
Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.
Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.