
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Mersedes" pilotu Corc Rassell növbəti dəfə ən yaxşı nəticəni göstərib.
Onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü olub.
C. Rassell günün ilk yarısında birinci sınaq yürüşündə də ən yaxşı nəticəni göstərmişdi.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
***16:03
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə 16:00-da statr verilib.
Birinci dərəcəli pilotların ilk sınaq yürüşündə ən yaxşı nəticəni "Mersedes" pilotu Corc Rassell göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.
Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.